Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatların həcmi 2,7 dəfə artıb

Nağdsız hesablaşmaların stimullaşdırılması, müvafiq infrastrukturun təkmilləşdirilməsi, əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

2023-cü ilin yanvar-fevral aylarında Muxtar Respublikada nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfədən çox artıb. Cari ilin 2 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 10,6 milyon manatı POS-terminalların, 58,1 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.