Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Məlumat bazalarının əlaqələndirilməsi məsələləri müzakirə edilib

Martın 28-də Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib.

Görüşdə kommersiya hüquqi şəxslərin qeydiyyat prosesini əhatə edən elektron sistemlə bağlı məsələlər müzakirə edilib. Yol Xəritəsinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin, Elm və Təhsil Nazirliyinin rəylərinin və Mərkəzi Bankın ilkin razılığını təsdiq edən sənədin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubunun avtomatik qaydada qeydiyyat orqanına təqdim olunması üçün elektron mübadiləni təmin edən texniki imkanın yaradılması nəzərdə tutulur. Görüş iştirakçıları Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər, elektron mübadilənin mövcud vəziyyəti, inteqrasiya imkanlarının yaradılması istiqamətində aparılan işlər, tətbiqi mümkün olan texniki həllər və digər məsələləri müzakirə ediblər. İnteqrasiya zərurəti yaranmış sənədlərin siyahısı və məlumat mübadiləsini təmin edəcək elektron sistem üçün tələb olunan texniki məsələlər barədə təkliflər səsləndirilib, məlumat bazalarının əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində zəruri işlərin görülməsi razılaşdırılıb.