Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 27 faiz artıb

2023-cü ilin mart ayının 1-nə ölkə üzrə uçotda olan 1.420.834 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 9,9 faiz artıb.

2023-cü ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,7 faiz artıb, xüsusi çəkisi isə 62,5 faiz təşkil edib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayında müqayisə edilən dövr üzrə 27 faiz artım qeydə alınıb. Hesabat dövründə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı ötən illə müqayisədə 11,7 faiz artıb. Yanvar-fevral aylarında kommersiya qurumlarının 82,5 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1 faiz təşkil edib.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,6 faizi yerli investisiyalı, 12,4 faizi xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 341 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,3 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,6 faiz olub.