Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yanvar-fevral aylarında 62.659 “Asan İmza” sertifikatı verilib

2023-cü ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 105.885  şəxs qəbul edilib və onlara 202.666 sayda xidmət göstərilib ki, bunlardan 56 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 54 mindən yuxarı isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Dövr ərzində göstərilmiş ümumi elektron xidmətlərin 89,1 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
  • vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • “Asan İmza” sertifikatlarının verilməsi;
  • vergi ödəyicisinə arayışların verilməsi;
  • fiziki şəxsin uçotdan çıxarılması.

Dövr ərzində 810 vergi ödəyicisinin iştirakı ilə 58 görüş keçirilib, 916 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 7,4 mindən çox yazılı müraciət cavablandırılıb, 3,4 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 345 mindən çox SMS göndərilib.

Yanvar-fevral aylarında ümumilikdə 42.245 müraciət üzrə 62.659 “Asan İmza” sertifikatı verilib. Həmçinin 2800-ə yaxın vergi ödəyicisinə qüvvədə olan Asan İmza ilə mövcud sertiifikatın  yenilənməsi və yeni sertifikatların verilməsi elektron xidmətləri vasitəsilə təqdim olunub.