Aktiv ƏDV ödəyicilərinin sayında artım var
2023-cü il martın 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1 faiz artaraq 719,0 min olub. Aktiv ƏDV ödəyicilərinin sayı 2,9 faiz artıb və 41,1 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ötən illə müqayisədə 0,6 faiz artaraq 190,4 minə çatıb.