Əmək müqavilələrinin sayı artıb
Dörd ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir. Belə ki, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 352,1 min və ya 25,1 faiz artıb və 2023-cü ilin mart ayının 1-nə 1.754,0 min olub. Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 296,8 min və ya 55 faiz artaraq 836,7 min təşkil edib. Cari ilin fevral ayında qeyri-neft özəl sektorunda aktiv əmək müqavilələrinin sayında 10,4 min artım müşahidə olunub.