Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Kommersiya qurumlarının dövlət qeydiyyatının ləğv edilməsi qaydaları təsdiq olunub

Dövlət Vergi Xidmətinin əmri ilə “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi şəxslərin dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” yeni redaksiyada təsdiq olunub.

Sənəd büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər aidiyyəti normativ hüquqi aktlarda ediləcək dəyişikliklərlə əlaqədar Dövlət Vergi Xidmətinin qarşısında duran vəzifələr haqqında” Tədbirlər Planının icrası ilə əlaqədar qəbul edilib.

İstifadəçilər “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi şəxslərin dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”nın, həmçinin onun Əlavələrinin yeni redaksiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər:

https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetinin-normativ-senedleri