Biznes mühitinin yaxşılaşdırılması istiqamətində qanunvericilik və inzibatçılıq təşəbbüsləri həyata keçirilir
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Dünya Bankının “Əlverişli biznes mühiti” layihəsinin səmərəli icrası ilə bağlı əlaqələndirmə fəaliyyətini həyata keçirir. Məlum olduğu kimi, “Əlverişli biznes mühiti” layihəsi çərçivəsində həyata keçirilən islahatlar üzrə yaradılmış 2 işçi qrupuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəhbərlik edir.
"Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda keçirilmiş konfransda Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva hər iki işçi qrupu çərçivəsində həyata keçirilmiş işlərlə bağlı təqdimat edib.