Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Rumıniya ilə iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolaku ilə görüşüb.

Görüşdə Rumıniya ilə münasibətlərin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüş və tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri genişlənir. Belə ki, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb. Bununla belə, ölkələrimiz arasında enerji, nəqliyyat-tranzit, sənaye və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları böyükdür.

Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolaku ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, son zamanlar əlaqələrin daha da intensivləşdiyini qeyd edib, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb.

Tərəflər ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi, enerji əməkdaşlığının və iqtisadi münasibətlərin inkişaf istiqamətləri barədə müzakirə aparıblar.