İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib
Bəşəriyyətə və insanlığa qarşı törədilmiş qanlı faciənin - Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin rəhbərliyi faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.