Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Turizm sektorunun təmsilçiləri ilə onlayn görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes dairələri ilə dialoq formatında görüşlərin keçirilməsini və birgə əməkdaşlığı davam etdirir.

Növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin və digər aidiyyəti strukturların nümayəndələrinin iştirakı ilə Dövlət Turizm Agentliyi, Azərbaycan Hotel Assosiasiyası və turizm sektorunun digər təmsilçiləri ilə onlayn formatda keçirilib. Görüşdə ölkəmizdə turizmin imkanları, investisiya mühitinin daha da yaxşılaşdırılması və yeni alətlərin tətbiqi istiqamətində mövcud vəziyyətin təhlili, stimullaşdırıcı mexanizmlər, vergi öhdəlikləri və vergi qanunvericiliyində mümkün dəyişikliklərlə bağlı təkliflər müzakirə edilib.

Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib, ümumi yanaşmalar təhlil olunub və birgə əməkdaşlığın davam etdiriləcəyi diqqətə çatdırılıb.