Tekstil sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq və görüşləri davam etdirir.
DVX-nin Vergi siyasəti Baş İdarəsinin təşkil etdiyi növbəti belə görüş tekstil məmulatlarının istehsalı və idxalı ilə məşğul olan bir sıra vergi ödəyicilərinin nümayəndələrinin və Xidmətin aidiyyəti strukturlarının iştirakı ilə onlayn formatda keçirilib. Görüşdə ölkəmizdə tekstil sənayesinin mövcud vəziyyəti və inkişafı ilə bağlı gələcək fəaliyyət istiqamətləri müzakirə olunub, bu sahədə hesabatlılığın sadələşdirilməsi istiqamətində iştirakçılar tərəfindən irəli sürülən təkliflər dinlənilib.
Dövlət - biznes əməkdaşlığının daha da genişləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün belə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.