Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX-nin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nazirliyə müraciəti əsasında hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyasında iştirak ediblər.

“Heydər Əliyev ili” çərçivəsində keçirilmiş aksiyada DVX-nin Bakı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran və Quba şəhərlərində fəaliyyət göstərən strukturlarında çalışan 450-dən çox əməkdaşı donor qismində qatılıb. Əməkdaşların sağlamlıq durumu Mərkəzi Qan Bankının həkimləri tərəfindən qiymətləndirildikdən sonra onların iştiraklarına icazə verilib. Qanvermə aksiyası 1 həftə davam edib.