Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan-Moldova iqtisadi əlaqələri genişlənir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafının əhəmiyyəti vurğulanıb, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları diqqətə çatdırılıb. Qeyd olunub ki, sənaye, investisiya, ticarət, aqrar və digər istiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün böyük imkanlar var.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.