Bir sıra bəyannamələrin tərtib olunması qaydaları təsdiq edilib
Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formaları və onların doldurulması qaydalarında, həmçinin həmin bəyannamələrə əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib. Yeni bəyannamə formaları aşağıdakılardır:
-
Əlavə dəyər vergisinin bəyannaməsinin forması (2, 3, 4 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
-
Aksiz vergisi bəyannaməsinin forması (3 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
-
Mənfəət vergisi bəyannaməsinin forması (5 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
-
Gəlir vergisi bəyannaməsinin forması (3 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
-
Əmlak vergisi bəyannaməsinin forması (1 və 2 nömrəli əlavələr ilə) və tərtib edilməsi qaydaları;
-
Torpaq vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydası;
-
Sadələşdirilmiş verginin bəyannaməsinin forması və tərtib edilməsi qaydası.
Müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında əvvəlki illərdə təsdiqlənmiş sənədlər ləğv olunub. Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar