Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“ƏDV geri al” layihəsi çərçivəsində ötən il 190 milyon manat geri qaytarılıb

“ƏDV geri al” layihəsi ölkədə nağdsız ödəmələrin genişlənməsinə təkan verən mühüm layihələrdən biridir. Qeyd olunan layihənin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox, ötən il isə 190,0 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 36,9 faizdən çoxdur. 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 64,3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 77,5% çoxdur.

Xatırladaq ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə əsasən, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17,5 faizə qədər artırılıb.

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 85 mindən çoxdur. 2022-ci il ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan artıq olub ki, bu da 2021-ci illə müqayisədə 26,6 faiz çoxdur.