Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Biznesə daxilolma” işçi qrupunun iclası keçiriləcək

2023-cü il 31 yanvar tarixində saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcək.

İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 30 sentyabr 2022-ci il tarixdə təsdiq edilmiş Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində 2022-ci ildə görülmüş işlər barədə məlumat veriləcək. Bundan başqa, Yol Xəritəsinin “Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası” adlı 1.2.2-ci bəndinin 1-ci, 2-ci və 3-cü hissələri ilə bağlı görülmüş işlər müzakirə ediləcək.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflərini təqdim edə bilərlər.