Vergi daxilolmaları 82,2 faiz artıb
2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 541 milyon 509,8 min manat vergi daxil olub. Əvvəlki illə müqayisədə vergi daxilolmaları 82,2 faiz və ya 7 milyard manatdan çox artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 8 milyard 134 milyon 875,9 min manat təşkil edib. 2021-ci illə müqayisədə bu sektordan vergi daxilolmaları 27,9 faiz və ya 1,8 milyard manat artıb.