Bağlanmış əmək müqavilələrinin sayı 1,7 milyondan çoxdur
3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 344.394 vahid artıb və 2023-cü il yanvar ayının 1-nə 1.746.309 olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 291.435 vahid artaraq 831.357 təşkil edib.