Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

I. «Böyük Vətən müharibəsi əlillərinə və iştirakçılarına, beynəlmiləlçi döyüşçülərə, həlak olmuş hərbi qulluqçuların ailələrinə əlavə güzəştlər haqqında» Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 1990-cı il 31 may 3 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1990-cı il, №– 11, maddə 103) altıncı abzasının dördüncü cümləsi çıxarılsın.

II. «Beynəlmiləlçi döyüşçülərin «Ədalət» respublika şurasının fəaliyyəti haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 27 fevral tarixli 165 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, №– 4, maddə 107) 2-ci bəndi, 3-cü bəndinin ikinci abzasından «və dövlət büdcəsinə keçirilən digər vergilərdən» sözləri çıxarılsın.

III. «Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti haqqında Əsasnamə»nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, №– 9-10, maddə 163) IV bölməsinin 10-cu bəndinin birinci abzası çıxarılsın.

IV. «Böyük Vətən müharibəsi iştirakçılarına, beynəlmiləlçi döyüşçülərə, həlak olmuş hərbi qulluqçuların ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 5 sentyabr tarixli 333 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, №– 17-18, maddə 300) ikinci abzasından «vergilər və» sözləri və dördüncü abzası çıxarılsın.

V. «Hərbi qulluqçuların və hərbi xidmətdən buraxılmış şəxslərin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli 683 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №– 7, maddə 189) 4-cü bəndi çıxarılsın.

VI. «Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 28 aprel tarixli 701 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №– 9, maddə 244) 4-cü bəndinin ikinci cümləsi çıxarılsın.

VII. «Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 94 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamə»nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №– 15, maddə 642) 16-cı maddəsinin üçüncü hissəsindən «lakin alternativ xidmətin təşkili xərclərinin ödənilməsi üçün onların aylıq əmək haqqından 10 faiz həcmində dövlət vergisi tutulur» sözləri çıxarılsın.

VIII. «Aqrar İslahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarələrə və təşkilatlara verilmiş torpaqların onların istifadəsində saxlanılması, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılması Qaydaları»nın 7-ci bəndinin «v)» yarımbəndi çıxarılsın.

IX. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı Fərmanları qüvvədən düşmüş hesab edilsin:

1. «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularından vergi tutulmasında güzəştlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 10 dekabr tarixli 488 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, №– 23, maddə 437);

2. «Əlavə dəyər vergisi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 27 dekabr tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №– 24, maddə 1092);

3. «Azərbaycan Respublikasının vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar qəbul olunmuş Azərbaycan Respublikası Qanunlarının tətbiq edilməsi haqqında» Azərbaycan Respublikasının 1997-ci il 17 yanvar tarixli 536 nömrəli Fərmanı;

4. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 605 nömrəli Fərmanı;

5. «Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 621 nömrəli Fərmanı;

6. «İxracat vergisi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №– 8, maddə 506);

7. «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 63 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №– 1, maddə 16);

8. «Əlavə dəyər vergisi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 64 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №– 1, maddə 17);

9. «Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 65 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, №– 1, maddə 18);

10. «Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 68 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №– 1, maddə 21).

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 26 dekabr 2001-ci il
№– 615.

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2001-ci il, №– 298).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2001-ci il, №– 12, maddə 761).