Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlı onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə uyğun olaraq düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydalarını təsdiq etsin;

öz səlahiyyətləri daxilində Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.[1]

2. Müəyyən edilsin ki:[2]

2.1. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin birinci və ikinci bəndlərində, 1.2-ci, 4.1-ci, 4.1-2-ci (hər üç halda), 4.1-3-cü 6.2-ci, 18.65.6.1-ci (hər iki halda), 23-2-ci və 33-2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[3]

2.1-1. həmin Qanunun 4.1-3-cü maddəsində orqan (qurum) dedikdə vəsaitlərin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə), Azərbaycan Respublikasının Nazirlər Kabineti (bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının və 4.1-2-ci maddəsində isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçilərinə münasibətdə) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (həmin Dövlət Agentliyinin və ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə münasibətdə) həyata keçirirlər;[4]

2.1-2. həmin Qanunun 4.1-ci maddəsində qurumların işçiləri dedikdə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, bu Qanunda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının işçiləri nəzərdə tutulur;[5]

2.1-3. həmin Qanunun 4.1-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirirlər;

2.1-4. həmin Qanunun 4.1-1-ci maddəsində (hər iki halda) müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlar dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzləri nəzərdə tutulur;

2.1-5. həmin Qanunun 4.1-1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanlarının işçiləri dedikdə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçiləri nəzərdə tutulur;

2.1-6. həmin Qanunun 1.1-ci maddəsinin birinci və ikinci bəndlərində, 1.2-ci və 6.2-ci maddələrində qurum dedikdə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərən və hüquqi hərəkətləri həyata keçirən publik hüquqi şəxslər nəzərdə tutulur;[6]

2.1-7. həmin Qanunun 4.1-2-ci maddəsində qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur; [7]

2.1-8. həmin Qanunun 4.1-2-ci maddəsində orqanın işçiləri dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçiləri nəzərdə tutulurlar;

2.1-9. həmin Qanunun 4.1-2-ci maddəsində (üçüncü halda) orqan dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur

2.2. həmin Qanunun 5.5-ci, 18.65.3-1-ci (ikinci halda), 25.2-ci, 25.2.1-ci , 25.2.2-ci və 33-5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[8]

2.3. həmin Qanunun 4.7-ci maddəsində və 7-ci maddəsində (2-ci maddə üzrə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;[9]

2.4. həmin Qanunun 23.1-ci, 23.2-ci, 23.3-cü (birinci və üçüncü cümlələrdə) və 23.4-cü (birinci cümlədə) maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində həyata keçirir;[10]

2.5. həmin Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş "xüsusi razılıq verən müvafiq icra hakimiyyəti orqanları"nın siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.[11]

2.6. həmin Qanunun 4.1-ci maddəsinin ikinci abzasında müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur.[12]

2.7. həmin Qanunun 4.1-ci maddəsinin üçüncü bəndində müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ikinci, üçüncü və dördüncü bəndlərində müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar dedikdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzləri nəzərdə tutulur;[13]

2.8. həmin Qanunun 4.1-ci maddəsinin dördüncü bəndində müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.[14]

2.9. həmin Qanunun 27.4-cü maddəsində qeydiyyat orqanı dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;[15]

2.10. həmin Qanunun 4.1-1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzləri, ikinci və üçüncü hallarda müvafiq icra hakimiyyəti orqanı dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur.[16]

2.10. həmin Qanunun 33-3-cü və 33-4-cü maddələrinin adlarında, 33-4-cü maddəsinin mətnində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi həyata keçirir;[17]

2.11. həmin Qanunun 18.65.3-1-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.[18]

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bir ay müddətində "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində nəzərdə tutulmuş hesabat formasını təsdiq etsin.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 26 dekabr 2001-ci il
621

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       29 dekabr 2006-cı il tarixli 510 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1057)

2.       12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 13 sentyabr 2008-ci il, 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 798)

3.       19 iyun 2012-ci il tarixli 653 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 21 iyun 2012-ci il, 135, Azərbaycan qəzeti 22 iyun 2012-ci il, 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 06, maddə 547)

4.       27 dekabr 2012-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 28 dekabr 2012-ci il, 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 12, maddə 1271)

5.       15 noyabr 2013-cü il tarixli 23 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 16 noyabr 2013-cü il, 251; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1327)

6.       10 dekabr 2013-cü il tarixli 43 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 15 dekabr 2013-cü il, 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 12, maddə 1510)

7.       11 aprel 2014-cü il tarixli 144 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 13 aprel 2014-cü il, 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 04, maddə 360)

8.       13 yanvar 2016-cı il tarixli 721 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 14 yanvar 2016-cı il, 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 01, maddə 43)

9.       26 may 2016-cı il tarixli 922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 27 may 2016-cı il, 114Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 883)

10.    6 sentyabr 2016-cı il tarixli 1026 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 07 sentyabr 2016-cı il, 196Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1463)

11.    07 noyabr 2016-cı il tarixli 1100 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 11 noyabr 2016-cı il, 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1807)

12.    9 mart 2017-ci il tarixli 1292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 11 mart 2017-ci il, 54Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 370)

13.    1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 757)

14.    31 iyul 2017-ci il tarixli 1567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 1 avqust 2017-ci il, 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7 , maddə 1377)

15.    17 oktyabr 2017-ci il tarixli 1637 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Xalq qəzeti, 18 oktyabr 2017-ci il, 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 10, maddə 1804)

16.    14 dekabr 2017-ci il tarixli 1725 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 16 dekabr 2017-ci il, 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, I kitab, maddə 2293)

17.    25 iyun 2018-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 29 iyun 2018-ci il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1231)

18.    26 iyun 2018-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 30 iyun 2018-ci il, 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1239)

19.    16 iyul 2018-ci il tarixli 203 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 18 iyul 2018-ci il, 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, I kitab, maddə 1489)

20.    10 dekabr 2018-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 14 dekabr 2018-ci il, 282)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 29 dekabr 2006-cı il tarixli 510 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1057) ilə 1-ci bəndinin 5-ci abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

öz səlahiyyətləri daxilində "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləğlərini müəyyənləşdirib təsdiq etsin;

 

[2] 11 aprel 2014-cü il tarixli 144 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 13 aprel 2014-cü il, 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 04, maddə 360ilə 2-ci hissədə ikinci onuncu abzaslar müvafiq olaraq 2.1 2.9-cu bəndlər hesab edilmişdir.

 

[3] 1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 757) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

31 iyul 2017-ci il tarixli 1567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 1 avqust 2017-ci il, 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7 , maddə 1377ilə 2.1-ci bənddə 4.1-ci maddəsində sözləri 1.1-ci maddəsinin birinci və ikinci bəndlərində, 1.2-ci, 4.1-ci, 6.2-ci və 33-2.2-ci maddələrində sözləri ilə əvəz edilmişdir.

25 iyun 2018-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 29 iyun 2018-ci il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1231ilə 2.1-ci bəndə 6.2-ci sözlərindən sonra , 23-2-cisözləri əlavə edilmişdir.

16 iyul 2018-ci il tarixli 203 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 18 iyul 2018-ci il, 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, I kitab, maddə 1489ilə 2.1-ci bəndinə 6.2-ci sözlərindən sonra , 18.65.6.1-ci (hər iki halda) sözləri əlavə edilmişdir.

10 dekabr 2018-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 14 dekabr 2018-ci il, 282) ilə 2.1-ci bəndə 4.1-ci, sözlərindən sonra 4.1-2-ci (hər üç halda), 4.1-3-cü sözləri əlavə edilmişdir.

 

[4] 1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 757) ilə yeni məzmunda 2.1-1 2.1-5-ci bəndlər əlavə edilmişdir.

31 iyul 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 1 avqust 2017-ci il, 164) ilə 2.1-1-ci bəndə orqanlar sözündən sonra (Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər) sözləri, orqanlarının,sözündən sonra Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, sözləri əlavə edil

10 dekabr 2018-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 14 dekabr 2018-ci il, 282) ilə 2.1-1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1-1. həmin Qanunun 4.1-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar (Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər) arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə), Azərbaycan Respublikasının Nazirlər Kabineti (bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının işçilərinə münasibətdə) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (həmin Dövlət Agentliyinin və ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə münasibətdə) həyata keçirirlər;

 

[5] 31 iyul 2017-ci il tarixli 1567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 1 avqust 2017-ci il, 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7 , maddə 1377ilə 2.1-2-ci bəndə orqanlarının, sözündən sonra Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, sözləri əlavə edilmişdir.

 

[6] 31 iyul 2017-ci il tarixli 1567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 1 avqust 2017-ci il, 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7 , maddə 1377ilə 2.1-6-cı bənd əlavə edilmişdir.

 

[7] 10 dekabr 2018-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 14 dekabr 2018-ci il, 282) ilə yeni məzmunda 2.1-7-ci 2.1-9-cu bəndlər əlavə edilmişdir.

 

[8] 26 may 2016-cı il tarixli 922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 27 may 2016-cı il, 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 883ilə 2.2-ci bəndində 5.5-ci maddəsində sözləri5.5-ci, 25.2-ci, 25.2.1-ci və 25.2.2-ci maddələrində sözləri ilə əvəz edilmişdir.

26 iyun 2018-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 30 iyun 2018-ci il, 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1239ilə 2.2-ci bəndə 5.5-ci sözlərindən sonra , 18.65.3-1-ci (ikinci halda), sözləri əlavə edilmişdir və həmin bənddə və 25.2.2-ci sözləri , 25.2.2-ci və 33-5-ci sözləri ilə əvəz edilmişdir.

 

[9] 1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 757) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.3. həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini bu Qanunun 2.0.1 - 2.0.11 maddələri üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

17 oktyabr 2017-ci il tarixli 1637 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Xalq qəzeti, 18 oktyabr 2017-ci il, 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 10, maddə 1804ilə 2.3-cü bəndində 2.0.1 2.0.11-ci maddələrsözləri 2-ci maddə sözləri ilə əvəz edilmişdir.

 

[10] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 13 sentyabr 2008-ci il, 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 798) ilə 2-ci bəndinin beşinci abzasındanvə Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində sözləri çıxarılmışdır.

13 yanvar 2016-cı il tarixli 721 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 14 yanvar 2016-cı il, 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 01, maddə 43) ilə 2.4-cü bənddə maddəsində sözü , 23.2-ci, 23.3-cü (birinci və üçüncü cümlələrdə) və 23.4-cü (birinci cümlədə) maddələrində sözləri ilə əvəz edilmişdir.

9 mart 2017-ci il tarixli 1292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 11 mart 2017-ci il, 54Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 370ilə 2.4-cü bənd ləğv edilmişdir.

 

[11] 13 yanvar 2016-cı il tarixli 721 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 14 yanvar 2016-cı il, 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 01, maddə 43) ilə 2.5-ci bənd ləğv edilmişdir.

 

[12] 19 iyun 2012-ci il tarixli 653 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 21 iyun 2012-ci il, 135, Azərbaycan qəzeti 22 iyun 2012-ci il, 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 06, maddə 547) ilə 2-ci hissəsinə altıncı bənd əlavə edilmişdir.

6 sentyabr 2016-cı il tarixli 1026 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 07 sentyabr 2016-cı il, 196Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1463) ilə 2.6-2.8-ci bəndləri ləğv edilmişdir.

 

[13] 27 dekabr 2012-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 28 dekabr 2012-ci il, 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 12, maddə 1271) ilə 2-ci hissəsinə yeni məzmunda yeddinci bənd əlavə edilmişdir.

11 aprel 2014-cü il tarixli 144 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 13 aprel 2014-cü il, 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 04, maddə 360ilə 2.7-ci bənddə Agentliyi sözündən sonra , ikinci, üçüncü və dördüncü bəndlərində müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar dedikdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzləri sözləri əlavə edilmişdir.

 

[14] 15 noyabr 2013-cü il tarixli 23 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 16 noyabr 2013-cü il, 251; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1327ilə 2-ci hissəsinin yeddinci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə səkkizinci bənd əlavə edilmişdir.

 

[15] 10 dekabr 2013-cü il tarixli 43 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 15 dekabr 2013-cü il, 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 12, maddə 1510ilə 2-ci hissəsinə doqquzuncu bənd əlavə edilmişdir.

 

[16] 07 noyabr 2016-cı il tarixli 1100 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 11 noyabr 2016-cı il, 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1807ilə 2.9-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.10-cu bənd əlavə edilmişdir.

1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 757) ilə 2.10-cu bənd ləğv edilmişdir.

 

[17] 14 dekabr 2017-ci il tarixli 1725 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 16 dekabr 2017-ci il, 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, I kitab, maddə 2293ilə yeni məzmunda 2.10-cu bənd əlavə edilmişdir.

 

[18] 26 iyun 2018-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 30 iyun 2018-ci il, 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1239ilə 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilmişdir.