Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat naziri Mikayıl Cabbarov TDT-nin Baş katibi ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Nazir Kubanıçbek Ömüralıyevi TDT-nin Baş katibi təyin olunması münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, Təşkilatın səmərəli fəaliyyəti  türk dövlətlərinin iqtisadi potensialından səmərəli istifadə edilməsi və birgə layihələrin həyata keçirilməsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Təşkilata üzv dövlətlər tərəfindən irəli sürülən təşəbbüslər ticarət, enerji, investisiya, rəqəmsallaşma və s. sahələrdə müasir çağırışlara cavab verilməsinə yönəlib ki, bu da ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə yanaşı, regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Bu kontekstdə, Türk İnvestisiya Fondunun və Türk Ticarət evlərinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, sərmayələrin artırılması tərəfdaşlığın genişləndirilməsində əsas istiqamətlərdəndir.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb. Bildirilib ki, üzv ölkələr arasında elektron ticarətin geniş tətbiqi, dəyər zəncirlərinin möhkəmlənməsi və rəqabətqabiliyyətlilik prinsiplərinə əsaslanan birgə layihələrin icrasına diqqət artırılmalıdır.

Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.