Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Zəfər Gününə həsr olunmuş minifutbol turniri başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş və oktyabrın 29-da start verilən minifutbol turniri başa çatıb. 

Turnirin final görüşündən öncə iştirakçılar torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Finalda MGBİ komandası Zəfər-MA üzərində 2:1 hesab ilə qələbə qazanaraq turnirin qalibi olub. 3-cü yer uğrunda qarşılaşmada ƏDV-FK-MA və 2 saylı ƏVBİ-nin komandaları üz-üzə gəliblər. Bu qarşılaşmada 2 saylı ƏVBİ-nin komandası 3:2 hesabı ilə qalib gəlib.

Turnirin bağlanış mərasimində çıxış edən DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov qalib komandaları təbrik edib, DVX Aparatının və xidmətin strukturuna daxil olan qurumların 17 komandasının qatıldığı bu yarışın sağlam idman mübarizəsi şəraitində keçdiyini vurğulayıb. 

Sonda qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanları təqdim edilib.