Vergi daxilolmaları 85 faiz artıb
2022-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 726 milyon 776 min manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 85 faiz və ya 6,7 milyard manatdan çox artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 583 milyon 62,2 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29,2 faiz və ya 1,7 milyard manatdan çox artıb.
Ödənilən vergilərin 51,5 faizi qeyri-neft-qaz sektorunun, 48,5 faizi isə neft-qaz sektorunun payına düşüb.