Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli Qanununa müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektləri arasında səlahiyyət bölgüsünün aparılması məqsədi ilə qərara alıram:
I. Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının milli təhlükəsizlik, daxili işlər, ədliyyə (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), vergilər, fövqəladə hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu orqanların səlahiyyətləri daxilində, əməliyyat-axtarış subyektlərinin tələbatları və aşağıdakı məhdudiyyətlər nəzərə alınmaqla tətbiq edilsin:[1]
poçt, teleqraf və digər göndərişlərin yoxlanılmasını , texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasınıAzərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, beynəlxalq göndərişlərin yoxlanılmasını isə həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi , barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən mobil rabitə istifadəçisinin baza antenaları üzrə yeri (yerdəyişməsi) haqqında məlumatların və telefon danışıqları apardığı şəxslərin siyahısının texniki rabitə kanallarından və digər texniki vasitələrdən real vaxt rejimində çıxarılmasını həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;[2]
telefon danışıqlarına qulaqasmanı, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirirlər;[3]
İnsanların güdülməsini, binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər.[4]
iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;[5]
məhkumların məktublarının yoxlanılmasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;[6]
hərbi hissələrdə və hərbi idarələrdə əməliyyat-axtarış tədbirlərinin tətbiqini təhlükəsizlik orqanları üçün müəyyən edilmiş həcmdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;[7]
mühafizə edilən şəxslərin və obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir;[8]
korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirir;[9]
öz təhlükəsizliyini təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir.[10]
II. Əməliyyat-axtarış fəaliyyəti prosesində hüquqi şəxsin yaradılması Azərbaycan Respublikasının milli təhlükəsizlik, daxili işlər və vergilər nazirliklərinə , Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilir.[11]
III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Fərmanın 1-ci bəndi ilə tətbiqi məhdudlaşdırılmış əməliyyat-axtarış tədbirlərini qanunvericiliklə müəyyən edilmiş qaydada onların icrası həvalə edilmiş orqanlara sorğu göndərməklə həyata keçirirlər.
IV. Rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtlərin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. Rabitə şəbəkələrində aparılan əməliyyat-axtarış tədbirləri üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rabitə şəbəkələrinə qoşulması Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar a uyğun olaraq həyata keçirilir.[12]
V. (Çıxarılıb)[13]
VI. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 19 iyun 2001-ci il
507
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 24 avqust 2002-ci il tarixli 758 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 478)
2. 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 585)
3. 9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 19)
4. 19 aprel 2005-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 4, maddə 299)
5. 28 fevral 2006-cı il tarixli 375 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 92)
6. 13 aprel 2010-cu il tarixli 249 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 15 aprel 2010-cu il, 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 289)
7. 08 aprel 2011-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 10 aprel 2011-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 4, maddə 272)
8. 26 may 2011-ci il tarixli 430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 5, maddə 381)
9. 24 iyul 2014-cü il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 25 iyul 2014-cü il, 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 818)
10. 1 iyun 2015-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 2 iyun 2015-ci il, 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 695)
11. 2 oktyabr 2015-ci il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 3 oktyabr 2015-ci il, 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 10, maddə 1111)
12. 23 iyun 2016-cı il tarixli 956 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 5 iyul 2016-cı il, 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1052)
13. 21 avqust 2017-ci il tarixli 1580 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1527)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28 fevral 2006-cı il tarixli 375 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 92) ilə 1-ci bəndində vergilər sözündən sonra fövqəladə hallar sözləri əlavə edilmişdir.
24 avqust 2002-ci il tarixli 758 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 478) ilə I bəndin birinci abzasında "ədliyyə" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilmişdir.
9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 19) ilə I bəndin birinci abzasında "vergilər nazirlikləri" sözlərindən sonra ",Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.
19 aprel 2005-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 4, maddə 299) ilə I bəndin birinci abzasından "Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuşəməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının milli təhlükəsizlik, daxili işlər, ədliyyə (Naxçıvan Muxtar Respublikasının ərazisindəNaxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), vergilər nazirlikləri, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Hərbi Əks-kəşfiyyat Xidməti, Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi tərəfindən bu orqanların səlahiyyətləri daxilində, əməliyyat-axtarış subyektlərinin tələbatları və aşağıdakı məhdudiyyətlər nəzərə alınmaqla tətbiq edilsin:
08 aprel 2011-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 10 aprel 2011-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 4, maddə 272) ilə I bəndində birinci abzasda Xüsusi Dövlət Mühafizə Xidməti sözlərindən sonra , Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsisözləri əlavə edilmişdir.
24 iyul 2014-cü il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 25 iyul 2014-cü il, 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 818) ilə I hissəsinin birinci və doqquzuncu abzaslarındaİdarəsi sözü Baş İdarəsi sözləri ilə əvəz edilmişdir.
21 avqust 2017-ci il tarixli 1580 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1527) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182) ilə I hissəsinin birinci abzasdan milli təhlükəsizlik, sözləri çıxarılsın və həmin abzasa nazirlikləri,sözündən sonra Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, sözləri əlavə edilmişdir.
[2] 26 may 2011-ci il tarixli 430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 5, maddə 381) ilə I bəndinin ikinci abzasında isə sözü çıxarılmışdır, həyata keçirirlər sözlərindən əvvəl , barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən mobil rabitə istifadəçisinin baza antenaları üzrə yeri (yerdəyişməsi) haqqında məlumatların və telefon danışıqları apardığı şəxslərin siyahısının texniki rabitə kanallarından və digər texniki vasitələrdən real vaxt rejimində çıxarılmasını həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sözləri əlavə edilmişdir.
1 iyun 2015-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 2 iyun 2015-ci il, 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 695) ilə I bənddə ikinci abzasdan , texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını və , barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən mobil rabitə istifadəçisinin baza antenaları üzrə yeri (yerdəyişməsi) haqqında məlumatların və telefon danışıqları apardığı şəxslərin siyahısının texniki rabitə kanallarından və digər texniki vasitələrdən real vaxt rejimində çıxarılmasını həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sözləri çıxarılmışdır.
21 avqust 2017-ci il tarixli 1580 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1527) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182) ilə I hissəsinin ikinci abzasda Milli Təhlükəsizlik Nazirliyi sözləri Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz edilmişdir.
[3] 9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 19) ilə I bəndin üçüncü abzasından ",insanların güdülməsini, binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
telefon danışıqlarına qulaqasmanı, insanların güdülməsini, binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini Azərbaycan Respublikasının milli təhlükəsizlik və daxili işlər nazirlikləri həyata keçirirlər;
1 iyun 2015-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 2 iyun 2015-ci il, 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 695) ilə I bənddə üçüncü abzasda qulaqasmanısözündən sonra , texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını sözləri əlavə edilmişdir.
21 avqust 2017-ci il tarixli nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182) ilə I hissəsinin üçüncü abzasda milli təhlükəsizlik və daxili işlər nazirlikləri sözləri Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətisözləri ilə əvəz edilmişdir.
[4] 9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 19) ilə I bəndə dördüncü abzas əlavə edilmiş və dördüncü-altıncı abzaslar müvafiq olaraq beşinci-yeddinci abzaslar hesab edilmişdir.
23 iyun 2016-cı il tarixli 956 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 5 iyul 2016-cı il, 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1052) ilə I hissəsinin dördüncü və beşinci abzaslarındayaşayış binalarının, habelə digər qapalı tikililərin sözləri yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin sözləri ilə əvəz edilmişdir.
21 avqust 2017-ci il tarixli 1580 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1527) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182) ilə I hissəsinin dördüncü abzasda milli təhlükəsizlik və daxili işlər nazirlikləri, sözləri Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti, sözləri ilə əvəz edilmişdir.
[5] 13 aprel 2010-cu il tarixli 249 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 15 aprel 2010-cu il, 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 289) ilə I bəndin 5-7-ci abzasları 6-8-ci abzaslar hesab edilmişdir və həmin bəndə 5-ci abzas əlavə edilmişdir.
[6] 24 avqust 2002-ci il tarixli 758 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 478) ilə dördüncü abzasda "həyata keçirir" sözləri "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər" sözləri ilə əvəz edilmişdir.
[7] 19 aprel 2005-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 4, maddə 299) ilə I bəndin altıncı abzasından "Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri "Milli Təhlükəsizlik Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
21 avqust 2017-ci il tarixli 1580 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1527) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182) ilə I hissəsinin yeddinci abzasda Milli Təhlükəsizlik Nazirliyi sözləri Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz edilmişdir.
[8] 13 aprel 2010-cu il tarixli 249 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 15 aprel 2010-cu il, 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 289) ilə I bəndin birinci və yeddinci abzaslarında Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi sözləri Xüsusi Dövlət Mühafizə Xidməti sözləri ilə əvəz edilmişdir.
[9] 08 aprel 2011-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 10 aprel 2011-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 4, maddə 272) ilə I bəndində səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.
[10] 21 avqust 2017-ci il tarixli 1580 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1527) Azərbaycan Respublikası Prezidentinin Fərmanı( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182) ilə I hissəsinin doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və bu hissəyə yeni məzmunda onuncu abzas əlavə edilmişdir.
[11] 13 aprel 2010-cu il tarixli 249 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 15 aprel 2010-cu il, 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 289) ilə II bənddə və daxili işlər sözləri , daxili işlər və vergilər sözləri ilə əvəz edilmişdir.
21 avqust 2017-ci il tarixli 1580 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1527) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182) ilə II hissədən milli təhlükəsizlik, sözləri çıxarılsın və həmin hissəyə nazirliklərinə sözündən sonra , Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə sözləri əlavə edilmişdir.
[12] 1 iyun 2015-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 2 iyun 2015-ci il, 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 695) ilə IV bənddən və bu tədbirlərin keçirilməsini təmin edən avadanlıqların istismarını sözləri çıxarılmışdır və həmin bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
2 oktyabr 2015-ci il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 3 oktyabr 2015-ci il, 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 10, maddə 1111) ilə IV hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
IV. Rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtləri müəyyənləşdirilməsini və bu tədbirlərin keçirilməsini təmin edən avadanlıqların istismarını Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir. Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilir.
21 avqust 2017-ci il tarixli 1580 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1527) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 22 avqust 2017-ci il, 182) ilə IV hissəsinin birinci cümlədə Milli Təhlükəsizlik Nazirliyi sözləri Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz edilmişdir və ikinci cümlədə Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin sözləri Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin sözləri ilə əvəz edilmişdir.
[13] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 585) ilə V bölmə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
V. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"na aşağıdakı məzmunda 79-cu bənd əlavə edilsin:
"79. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş hüquqi və fiziki şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin işlənilməsi, istehsalı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması
Milli Təhlükəsizlik Nazirliyi"