Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Zəfər Gününə həsr olunmuş minifutbol turniri davam edir

Noyabrın 27-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş minifutbol turnirinin 1/4 final mərhələsi baş tutub.

Keçirilən qarşılaşmanın nəticəsinə görə, yarımfinala Zəfər-MA, ƏDV-FK-MA, MGBİ və 2 ƏVBİ komandaları vəsiqə qazanıblar. Həftəsonu keçiriləcək yarımfinal mərhələsində Zəfər-MA ilə 2 ƏVBİ komandası, MGBİ ilə isə ƏDV-FK- MA komandası üz-üzə gələcəklər.

Xatırladaq ki, turnirə oktyabrın 29-da start verilib. Yarışa DVX Aparatının və xidmətin strukturuna daxil olan qurumların 17 komandası qatılıb. Turnirin yekununda qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları təqdim ediləcək.