Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 18,6 mlrd. manatdan çox olub

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Noyabrın 1-nə ölkə ərazisində 77.979 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-oktyabr aylarında həmin NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard 605,9 milyon manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz çoxdur.