Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Məcburi sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manatdan çox olub

Muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 2022-ci ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 303 milyon 56,9 min manatdan çox olub. Bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz və ya 513,4 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 2021-ci ilin ilin eyni dövrünə nisbətən 19,7 faiz artaraq 2 milyard 119 milyon 604,9 min manat təşkil edib.
Yanvar-sentyabr ayları ərzində İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 115,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 20,7 faiz artaraq 85,3 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz artıb və 592,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 52,7 faiz artaraq 411 milyon manat təşkil edib.