Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətində vətəndaş müraciətlərinə diqqətlə yanaşılır

2022-ci ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına 214.806 müraciət daxil olub ki, bunun da 91 faizi ərizə, 8,9 faizi şikayət, 0,1 faizi təklif olub. Müraciətlərin böyük əksəriyyətinin baxılması həmin dövrdə başa çatdırılıb. Baxılmış müraciətlərdən 65,5 faizi həll olunub, 27,8 faizi ilə bağlı izahatlar verilib, qalanları barədə müvafiq qərar qəbul edilib.

Yanvar-sentyabr ayları ərzində vergi orqanlarında müvafiq qaydada həll olunmuş faktiki şikayətlərin 91,8 faizi kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyətləri (növləri), təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub.

2022-ci ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatına 20.451 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz azdır. Hesabat dövründə DVX-nin Aparatında ümumilikdə 340 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir şəxsin müraciətinə fərdi qaydada yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli DVX-nin səlahiyyəti xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.