Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinə geniş spektrdə xidmətlər göstərilib

2022-ci ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 337.445 şəxs qəbul edilib, onlara 633.233 xidmət göstərilib. Bu xidmətlər, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, fiziki şəxsin uçota alınması və yenidən uçota alınması, qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi, Asan İmza sertifikatının təqdim edilməsi və digər məsələlərlə bağlı olub.

Bu ilin 9 ayı ərzində vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 3.577 ödəyicinin iştirakı ilə 210 görüş keçirilib, 4.761 ünvanlı xidmət tədbiri təşkil olunub. Vergi ödəyicilərindən daxil olmuş 13 minə yaxın yazılı müraciət cavablandırılıb. Hesabat dövründə vergi ödəyicilərinə 9 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), məlumatlandırma istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə isə onların mobil nömrələrinə 465 mindən çox SMS göndərilib.

2022-ci ilin 9 ayında vergi ödəyicilərinin müraciəti üzrə 30.834 Asan İmza sertifikatı verilib.