“Biznesə daxilolma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçiriləcək
Oktyabrın 20-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçiriləcək.
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə Diaqnostika matrisası hazırlanıb və onun əsasında hesabatın həmin indikatorla bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
İclasda Yol Xəritəsinin təqdimatı keçiriləcək, sənəddə qeyd olunan tədbirlərin icrası, eyni zamanda ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması üçün görülməli işlər barədə məlumatlar veriləcək, qarşıda duran vəzifələr müzakirə ediləcək.