Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 625; 2006, № 4, maddə 382; 2009, № 7, maddə 610; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955; 2017, № 3, maddə 512; 2018, № 8, maddə 1817, № 10, maddə 2180) ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 oktyabr 2022-ci il
№ 392

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2022-ci il 12 oktyabr tarixli 392 nömrəli Qərarı ilə 
təsdiq edilmişdir.

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının

T Ə R K İ B İ

 

Komissiyanın sədri

Orxan Nəzərli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi.
 

Komissiyanın sədrinin müavini

İlkin Vəliyev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini.
 

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi;

Azərbaycan Respublikası Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru;

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru;

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru;

Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini.