Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi yeni redaksiyada təsdiqlənib
Nazirlər Kabineti “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” 1995-ci il 12 iyun tarixli 138 nömrəli Qərarında dəyişiklik edib.
Dəyişikliklə Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi yeni redaksiyada təsdiqlənib.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli komissiyanın sədri, Dövlət Vergi Xidməti rəisinin müavini İlkin Vəliyev isə komissiya sədrinin müavini təyin ediliblər.
Qərarla Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri, Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi, Mərkəzi Bankın Nağd Pul Departamentinin direktoru, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini komissiyanın üzvləri olaraq təsdiqləniblər.