Vergi ödəyicilərinin nəzərinə!
Hörmətli vergi ödəyicisi!
2022-ci ilin 3-cü rübü üzrə Sadələşdirilmiş verginin bəyannaməsi və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) 20 oktyabr 2022-ci il tarixdən gec olmayaraq təqdim olunmalıdır. Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Əlaqə telefonu: 195-1