Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək

Sentyabrın 20-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək.

Qeyd edilməlidir ki, Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Vergitutma” indikatoru üzrə diaqnostika matrisası hazırlanıb və onun əsasında hesabatın qeyd olunan indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilib. İclasda Yol Xəritəsində qeyd olunan tədbirlərin müzakirəsi və icrası, eyni zamanda ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması üçün görülməli işlər barədə məlumatlar veriləcək, qarşıda duran vəzifələr müzakirə ediləcək.