Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; 2019, № 1, maddə 149, № 4, maddə 760, № 7, maddə 1348, № 8, maddə 1474; 2020, № 2, maddələr 194, 218; 2021, № 4, maddə 391; 2022, № 1, maddə 82, № 3 maddə 265; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 368 nömrəli və 2022-ci il 23 iyun tarixli 243 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə “2710 19 210 0” alt yarımmövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2710 19 210 1 reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 1 ton üçün 1,0 manat
2710 19 210 9 reaktiv mühərriklər üçün digər yanacaq 1 ton üçün 1,0 manat

2. Bu Qərar 2022-ci il 31 dekabr tarixinədək qüvvədədir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 avqust 2022-ci il № 323