Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Lizinq şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakı və lizinq fəaliyyəti ilə məşğul olan şirkətlərlə onlayn formatda keçirilib. 

Tədbirdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov görüşün əsas məqsədinin sahə üzrə çətinliklərin müəyyənləşdirilməsi və həlli istiqamətində görülməli işlərin müzakirə edilməsi olduğunu qeyd edib, iştirakçıları fəal müzakirəyə dəvət edib.

Görüşdə lizinq şirkətləri tərəfindən səsləndirilən məsələlər, o cümlədən lizinq əməliyyatları üzrə ƏDV əvəzləşdirilməsi hüququnun istehlakçıya verilməsi, lizinq obyektinin idxalı zamanı ƏDV-nin tədbiqi məsələləri müzakirə edilib, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

Lizinq  fəaliyyətinin gələcək inkişaf perspektivləri ilə bağlı Mərkəzi Bankın Baş Direktoru Gülər Paşayeva bildirib ki, müvafiq sahədə inkişafa nail olunması məqsədilə mövcud qanunvericilik müddəalarının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu xüsusda sahə üzrə problemlərin fərqli platformada dinlənilməsi layihələrin hazırlanması prosesinə öz müsbət təsirini göstərəcək.

Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.