Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin rəis müavini "Uğur yolu"nun qalibi ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Ramin İlyasovla mentorluq proqramı çərçivəsində görüş keçirib.

Görüşdə DVX-nin rəis müavini effektiv fərdi inkişaf, idarəetmədə səmərəli nəticələrin əldə olunması üçün alətlər və qərarların qəbuluna təsir edən amillər barədə məsləhətlər verib. Qarşıdakı dövrdə mentorluq proqramı çərçivəsində peşəkar bacarıqların artırılması, atılacaq zəruri addımlar müzakirə edilib, növbəti görüşə qədər aparılacaq işlər müəyyən edilib, müvafiq təcrübə əldə edilməsi üçün tədbirlərin gündəliyi tutulub.

Ramin İlyasov mentorluq proqramı üçün təşəkkürünü bildirib, bu təcrübələrin onun şəxsi inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Xatırladaq ki, mentorluq proqramı “Uğur yolu” müsabiqəsinin qaliblərinin şəxsi inkişafı üçün tətbiq olunur, İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə 1 il müddətində mütəmadi görüşlər, müzakirələrin keçirilməsini və birgə işləməyi nəzərdə tutur.