Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Biznes assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində növbəti görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi, vergi siyasətinin müəyyənləşdirilməsi prosesində fikir mübadiləsinin aparılması məqsədilə biznes assosiasiyaları ilə keçirilən görüşlər davam etdirilir. Növbəti belə tədbir Azərbaycan Banklar Assosiasiyası və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. 

Görüşdə vergi borcları üzrə sərəncamların hesablar üzrə icra edilməsi, sərəncamların geri çağırılması ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin bu sahədə maliyyə sanksiyalarının tətbiqi üzrə təkliflər müzakirə olunub, bank sektorunun nümayəndələrinin sualları cavablandırılıb.