Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yay Təcrübə Proqramı çərçivəsində təşkil edilmiş yay düşərgəsi başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün Şamaxıda təşkil etdiyi yay düşərgəsi başa çatıb. Müxtəlif universitetlərdən 61 tələbənin iştirak etdiyi yay düşərgəsində daxili və kənar təlimçilər tərəfindən vergi siyasəti, vergi ödəyiciləri ilə münasibətlər, vergilərin hesablanması və ödənilməsinin əsasları, eləcə də fərdi səriştələrin inkişafı istiqamətində təlimlər keçirilib.

Yay düşərgəsi çərçivəsində tələbələr İqtisadiyyat Nazirliyinin “Uğur yolu” müsabiqəsinin qalibləri ilə də görüşüblər. Qaliblər tələbələrə öz uğur hekayələrini danışıblar və karyera perspektivləri haqqında faydalı tövsiyələr veriblər.

İştirakçıların asudə vaxtının səmərəli keçirilməsi üçün interaktiv oyunlar və Şamaxının turizm məkanlarına turlar təşkil olunub. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının muzeyinə, Dəmirçi kəndinə, Şamaxı Safari Parkına səfərlər tələbələr tərəfindən maraqla qarşılanıb.

Yay Təcrübə Proqramının davamı olaraq tələbələr iyul-avqust aylarında Dövlət Vergi Xidmətinin Mərkəzi Aparatının struktur bölmələrində və Xidmətin strukturuna daxil olan qurumlarda təcrübə keçəcəklər.