İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində Səyyar və Operativ vergi yoxlamaları zamanı bazar qiymətinin müəyyən edilməsi, əmlakın, malların kəmiyyətinin, keyfiyyətinin və dəyərinin təyin edilməsi məqsədilə ekspert və mütəxəsis rəylərinin verilməsi Kotirovka sorğusu
Satınalan təşkilatın adı: 12 SAYLI ƏRAZİ VERGİLƏR DEPARTAMENTİ
Satınalan təşkilatın VÖEN-i: 2300263061
Satınalan təşkilatın ünvanı:
Satınalma predmeti: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində Səyyar və Operativ vergi yoxlamaları zamanı bazar qiymətinin müəyyən edilməsi, əmlakın, malların kəmiyyətinin, keyfiyyətinin və dəyərinin təyin edilməsi məqsədilə ekspert və mütəxəsis rəylərinin verilməsi
Musabiqənin adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində Səyyar və Operativ vergi yoxlamaları zamanı bazar qiymətinin müəyyən edilməsi, əmlakın, malların kəmiyyətinin, keyfiyyətinin və dəyərinin təyin edilməsi məqsədilə ekspert və mütəxəsis rəylərinin verilməsi
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 | Ekspert və mütəxəssis rəylərinin verilməsi | Səyyar və Operativ vergi yoxlamaları zamanı kontraktın (müqavilənin, standartların, digər normativ sənədlərin tələblərinə uyğun olaraq) Daş Karxanalarında, Un dəyirmanlarında və Tekistil işlərində əmtəənin məhsulun kəmiyyət və keyfiyyətinin, keyfiyyətin itirilməsi nəzərə alınmaqla sığortaçıya dəyən zərərin, daşınar, daşınmaz əmlakın və malların qiymətləndirilməsi, alqı-satqı və girov səhmləşdirmə məqsədilə girov qoyulmuş əmlakın bazar qiymətinin müəyyən edilməsi, girov qoyulan əmlakın- malların kəmiyyətinin, keyfiyyətinin və dəyərinin təyin edilməsi | 26 | ədəd |
ÜSL kod (kateqoriya) - 71319000-7 Ekspert şahid xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı
14.06.2022 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı
30.06.2022 09:30
Zərflərin açılış tarixi və vaxtı
01.07.2022 10:00
İştirak haqqı: 100 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
ÇATDIRILMA YERİ
AZ2001,Gəncə şəhəri, Heydər Əliyev prospekti 87
ÇATDIRILMA MÜDDƏTİ
15 təqvim günü
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
nağdsız qaydada
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Kotirovka sorğusunun təklifi
Qiymət təklifi
Qiymət kotirovkasının təsviri
Səyyar və Operativ vergi yoxlamaları zamanı kontraktın (müqavilənin, standartların, digər normativ sənədlərin tələblərinə uyğun olaraq) Daş Karxanalarında, Un dəyirmanlarında və Tekistil işlərində əmtəənin məhsulun kəmiyyət və keyfiyyətinin, keyfiyyətin itirilməsi nəzərə alınmaqla sığortaçıya dəyən zərərin, daşınar, daşınmaz əmlakın və malların qiymətləndirilməsi, alqı-satqı və girov səhmləşdirmə məqsədilə girov qoyulmuş əmlakın bazar qiymətinin müəyyən edilməsi, girov qoyulan əmlakın- malların kəmiyyətinin, keyfiyyətinin və dəyərinin təyin edilməsi
Qiymət kotirovkasının qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
uyğun olmalı
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
uyğun olmalı
Maliyyə vəziyyəti haqqında bank arayışı
uyğun olmalı
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
uyğun olmalı
Nizamnamə
uyğun olmalı
Qeydiyyatdan keçdiyi ölkə
uyğun olmalı
Rekvizitlər
uyğun olmalı
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Zərəngiz Əliyeva | Baş mühasib | Zarangiz.Aliyeva@ taxes.gov.az | 050-612-27-92 |
Kotirovka sorğusunda iştirak etmək üçün təkliflərin minimal sayı: 3
Təlimat
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
- Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt rejimində təsdiq bildirişi göndərilir.
- Elektron satınalma zamanı bütün iştirakçılara təkliflərin təqdim olunması üçün bərabər şərait yaradılır.
- Tətbiqindən asılı olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-3-cü maddəsinə uyğun olaraq bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur.
- Elektron satınalmalarda təkliflərin təqdim edilməsi, açılması və qiymətləndirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təşkil edilir.
- Keçirilən satınalma ilə bağlı sual və ya şikayət olduqda satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Tenderin əsas şərtlər toplusu/kotirovka sorğusu şərtləri, satınalan təşkilatla iddiaçılar arasında yazışmalar və təkliflər Azərbaycan Respublikasının dövlət dilində olmalıdır. Zərurət olduqda qeyd olunan sənədlər beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
- Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir.
- Dövlət satınalmaları qanunvericiliyi və digər aidiyyəti normativ hüquqi aktlar ilə dövlət satınalmalarının vahid internet portalın Qanunvericilik hissəsində, Portalda fəaliyyət və qanunvericiliklə bağlı yaranmış suallarınızla bağlı dövlət satınalmalarının vahid internet portalının “Tez-tez verilən suallar” bölməsinə baxmağınız tövsiyə olunur.
- Satınalan təşkilatın bu müsabiqənin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin (podratçının) qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququ vardır.
- Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü ərzində yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir.
- Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir.
- Şikayət vermək hüququ olan malgöndərən (podratçı) satınalma müqaviləsi qüvvəyə mindikdə və ya satınalan təşkilat 10 bank günü ərzində qərar çıxarmadıqda və ya çıxarılan qərardan şikayət verən razı qalmadıqda 15 bank günü ərzində İqtisadiyyat Nazirliyinə (müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə), yazılı olaraq AZ1000, Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 84 ünvanına məktub və ya office@competition.gov.az elektron poçt ünvanına göndərməklə şikayətini edə bilər.
- Dövlət Xidməti şikayət üzrə 10 bank günü ərzində yazılı qərar çıxarmalı və həmin qərarda onun səbəblərini əsaslandırmalıdır.