Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Mühasibat uçotu üzrə təlim xidmətlərinin göstərilməsi Kotirovka sorğusu

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİNİN TƏDRİS MƏRKƏZİ

Satınalan təşkilatın VÖEN-i: 1300526471

Satınalan təşkilatın ünvanı:

Satınalma predmeti: Mühasibat uçotu üzrə təlim xidmətlərinin göstərilməsi

Musabiqənin adı: Mühasibat uçotu üzrə təlim xidmətlərinin göstərilməsi

Başlıq Açıqlama Miqdar Ölçü vahidi
1 Maliyyə-uçot məzmunu və məqsədi. Maliyyə hesabatlarına giriş-1 saat Maliyyə uçotunun məqsədi Maliyyə hesabatlarının istifadəçiləri Maliyyə hesabatlarının əsas elementləri-Online formada 300 nəfər
2 Normativ tələblər-1 saat Mühasibat Uçotu haqqında qanunun tələbləri Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları Mühasibat Uçotunun Beynəlxaq Standartları Maliyyə Hesabatlarının Beynəlxalq Standartları-Online formada 300 nəfər
3 Dövriyyə cədvəli-2 saat İkili müxabirləşmələr və balansın formulası Baş kitab, dövriyyə cədvəli və jurnal anlayışları Dövriyyə cədvəlinin hazırlanması və ona düzəlişlər Bank hesabları ilə üzləşmələr-Online formada 300 nəfər
4 Maliyyə uçotunun əsas prinsipləri-1 saat Davamlılıq prinsipi Hesablama metodu prinsipi Gəlir və xərcin uyğunluğu prinsipi-Online formada 300 nəfər
5 Əməliyyatların uçotu-12 saat Ehtiyatların uçotu və qiymətləndirilməsi Əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotu və qiymətləndirilməsi, Amortizasiyanın metodları Kreditor və Debitor borcların uçotu; Şübhəli,Ümidsiz borclar və onlara ehtiyatın yaradılması Ehtiyat fonduna ayırmalar, şərti öhdəliklər və şərti aktivlər Online formada 300 nəfər
6 Əsas maliyyə hesabatlarının hazırlanması-4 saat Maliyyə vəziyyəti (balans) haqqında hesabat; Maliyyə nəticəsi (mənfəət/zərər) haqqında hesabat; Kapitalda dəyişikliklər haqqında hesabat: Pul vəsaitlərinin hərəkəti haqqında hesabat; Maliyyə hesabatlarının izahedici açıqlamaları və qeydləri. Balans hesabatı tarixindən sonrakı hadisələr-Online formada 300 nəfər
7 Konsolidə olunmuş Maliyyə hesabatları-2 saat Qrup anlayışı Konsolidə olunmuş Balans Konsolidə olunmuş Mənfəət/Zərər hesabatı-Online formada 300 nəfər
8 Maliyyə hesabatlarının analizi-2 saat Maliyyə hesabatlarının analizi-Online formada 300 nəfər
9 Sual-cavab və proqramın yekunu-3 saat Sual-cavab və proqramın yekunu-Online formada 300 nəfər
10 Gəlirlər-4 saat Gəlirin tanınması və uçotu Uzunmüddətli müqavilələr üzrə gəlirin tanınması Agent müqaviləsi Bİrgə fəaliyyətdən gəlir-Online formada 300 nəfər
11 Əsas vəsaitlər-6 saat Əsas vəsaitlərin ilkin tanınması və ölçülməsi Kapitallaşan və gəlir hesabatında tanınan xərclər Qeyri Maddi aktivlər Qudvil və digər qeyri maddi aktivlər Tədqiqat və təcrübə-konstruktor işləri Amortizasiya/Köhnəlmə Əsas vəsaitlərin balansdan çıxarılması Əsas vəsaitlərin dəyərsizləşməsi, dəyərsizləşmə testi Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi, qiymətləndirmənin metodları İnvestisiya mülkiyyəti-Online formada 300 nəfər
12 Ehtiyatlar-2 saat Ehtiyatların uçotu və ölçülməsi-Online formada 300 nəfər
13 Lizinq-4 saat Lizinq anlayışı Maliyyə və əməliyyat lizinqi Satılmış aktivlərin geri lizinqi Online formada 300 nəfər
14 Dövlət qrantları-1 Dövlət qrantları-Online formada 300 nəfər
15 Xarici valyutada olan əməliyyatlar-2 Xarici valyutada olan əməliyyatların uçotu və qiymətləndirilməsi-Online formada 300 nəfər
16 Ehtiyat fonduna ayırmalar, şərti öhdəliklər və şərti aktivlər-3 saat Ehtiyat fonduna ayırmalar Aktivlərin ləğvi ilə bağlı öhdəliklər İstifadə olunmamış məzuniyət günlərinə görə öhdəliklər Şərti öhdəliklər və şərti aktivlər-Online formada 300 nəfər
17 Maliyyə alətləri-6 saat Maliyyə alətləri (aktivlər və öhdəliklər) Maliyyə alətlərinin növləri Maliyyə alətlərinin uçotu-Online formada 300 nəfər
18 Kapital-1 saat Kapital hesabı və onun tərkibi-Online formada 300 nəfər
19 Qarşılıqlı surətdə asılı olan şəxslər-3 saat Qarşılıqlı surətdə asılı şəxslər-Online formada 300 nəfər
20 Təxirə salınmış vergi-1 saat Təxirə salınmış vergi anlayışı Daimi və müvəqqəti fərqlər anlayışı-Online formada 300 nəfər
21 Maliyyə və vergi uçotu-2 saat Maliyyə və vergi uçotu və arasındakı fərqlər-Online formada 300 nəfər
22 Sual-cavab və proqramın yekunu-2 saat Sual-cavab və proqramın yekunu-Online formada 300 nəfər

ÜSL kod (kateqoriya) -

Müsabiqənin başlama tarixi və vaxtı

11.05.2022 09:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı

25.05.2022 18:00

Zərflərin açılış tarixi və vaxtı

26.05.2022 09:10

İştirak haqqı: 100 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Şamaxı rayonu, Nağaraxana kəndi

ÇATDIRILMA MÜDDƏTİ

2022-ci il

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Müqaviləyə uyğun olaraq

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Kotirovka sorğusunun təklifi

Qiymət təklifi

Qiymət kotirovkasının təsviri

Malgöndərən (podratçı) tərəfindən Azərbaycan dilində təklif olunan qiymət kotirovkaları malların (işlərin və xidmətlərin) manatla ifadə olunan qiymət dəyərlərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə alınmaqla göstərilməlidir. Yerinə yetiriləcək işlər və xidmətlər keyfiyyətli olmalı və mövcud texniki şərtlərə tam şəkildə cavab verməlidir.

Qiymət kotirovkasının qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

2 faiz

Təşkilati və hüquqi sənədlər:

Qeydiyyatdan keçdiyi ölkə

Qeydiyyatdan keçdiyi ölkə

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

Maliyyə vəziyyəti haqqında bank arayışı

Maliyyə vəziyyəti haqqında bank arayışı

Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Nizamnamə

Nizamnamə

Rekvizitlər

Rekvizitlər

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Xəyal İsmayılov Baş iqtisadçı xeyal.ismayilov@taxes.gov.az 0124038251

Kotirovka sorğusunda iştirak etmək üçün təkliflərin minimal sayı: 3

Təlimat

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
  • Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt rejimində təsdiq bildirişi göndərilir.
  • Elektron satınalma zamanı bütün iştirakçılara təkliflərin təqdim olunması üçün bərabər şərait yaradılır.
  • Tətbiqindən asılı olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-3-cü maddəsinə uyğun olaraq bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur.
  • Elektron satınalmalarda təkliflərin təqdim edilməsi, açılması və qiymətləndirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təşkil edilir.
  • Keçirilən satınalma ilə bağlı sual və ya şikayət olduqda satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Tenderin əsas şərtlər toplusu/kotirovka sorğusu şərtləri, satınalan təşkilatla iddiaçılar arasında yazışmalar və təkliflər Azərbaycan Respublikasının dövlət dilində olmalıdır. Zərurət olduqda qeyd olunan sənədlər beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
  • Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir.
  • Dövlət satınalmaları qanunvericiliyi və digər aidiyyəti normativ hüquqi aktlar ilə dövlət satınalmalarının vahid internet portalın Qanunvericilik hissəsində, Portalda fəaliyyət və qanunvericiliklə bağlı yaranmış suallarınızla bağlı dövlət satınalmalarının vahid internet portalının “Tez-tez verilən suallar” bölməsinə baxmağınız tövsiyə olunur.
  • Satınalan təşkilatın bu müsabiqənin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin (podratçının) qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququ vardır.
  • Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü ərzində yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir.
  • Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir.
  • Şikayət vermək hüququ olan malgöndərən (podratçı) satınalma müqaviləsi qüvvəyə mindikdə və ya satınalan təşkilat 10 bank günü ərzində qərar çıxarmadıqda və ya çıxarılan qərardan şikayət verən razı qalmadıqda 15 bank günü ərzində İqtisadiyyat Nazirliyinə (müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə), yazılı olaraq AZ1000, Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 84 ünvanına məktub və ya office@competition.gov.az elektron poçt ünvanına göndərməklə şikayətini edə bilər.
  • Dövlət Xidməti şikayət üzrə 10 bank günü ərzində yazılı qərar çıxarmalı və həmin qərarda onun səbəblərini əsaslandırmalıdır.