Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası dövlət vergi xidmətinin statusu haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına əməl olunması üzərində nəzarətin zəifləməsinə yol verməmək məqsədilə və respublikada yaranmış ağır maliyyə vəziyyətini nəzərə alaraq qərara alıram:

1. Müəyyən olunsun ki, «Azərbaycan Respublikası dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanunu qəbul olunanadək dövlət vergi xidməti orqanları «Azərbaycan Respublikası dövlət vergi xidmətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 14 oktyabr tarixli Fərmanına müvafiq fəaliyyət göstərirlər.

2. «Dövlət vergi xidmətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli Fərmanı qüvvəsini itirmiş hesab olunsun.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ.QƏMBƏROV

Bakı şəhəri, 5 iyun 1992-ci il.
№– 828

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 iyun 1992-ci il, №– 11(864), maddə 431).