Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İsmayıllıda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin İsmayıllı rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 13.06.2022-ci il tarixdən etibarən 15 gün müddətində müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

10 saylı Ərazi Vergilər İdarəsində vergi uçotunda olan vergi ödəyiciləri DVX-nin təqdim etdiyi üzbəüz xidmətlərdən yararlanmaq üçün Qəbələ rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərlər.

DVX tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, e-xidmətlərdən faydalanmağınız, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni hər hansı xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur.