Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Avropa İnvestisiya Bankı ilə əməkdaşlıq inkişaf edir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İnvestisiya Bankının (AİB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri  Matsey Çura ilə görüşüb.

Görüşdə Bankın maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər AİB-lə əməkdaşlığın inkişafı, potensial layihələr, alternativ enerji mənbələrinin, özəl sektorun, xüsusilə KOB-ların maliyyələşdirilməsi, Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.