Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Ombudsmanı Gürcüstan Respublikasında səfərdə olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi, Vergi Ombudsmanı Elçin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub. 

Elçin Məmmədov Vergi Ombudsmanının fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Gürcüstanın Biznes Ombudsmanının müavini Quram Giorqadze ilə görüşüb. Görüş zamanı qonşu dövlətin Biznes Ombudsmanı institutunun yaranma tarixçəsi, fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verilib, diqqətçəkən məqamlar barədə fikir mübadiləsi aparılıb. 

DVX nümayəndələrinin Gürcüstan Gəlirlər Xidməti Vergi metodologiyası və Vergi ödəyicilərinə xidmət Departamentlərinin mütəxəssisləri ilə görüşündə həyata keçirilən islahatlar barədə təqdimat nümayiş etdirilib, vergi xidmətinin strukturu, vergi sisteminin vacib elementləri, vergi qanunvericiliyinin və inzibatçılığının əsasları, tətbiq edilən bəzi vergi güzəştləri, habelə vergi ödəyicilərinin məlumatlandırılması prosesləri haqda ətraflı məlumat verilib. Tərəflər arasında vergi ödəyicilərinin qeydiyyatı, elektron xidmətlərdən istifadə və digər məsələlər ətrafında müzakirələr aparılıb. Sonra DVX nümayəndələri Tbilisi şəhərinin Vake-Saburtalo rayonu üzrə vətəndaşlara xidmət mərkəzinə baş çəkiblər. 

Gürcüstan Gəlirlər Xidmətinin Analitik Departamentində keçirilən görüşdə  DVX nümayəndələri qurumun vergi inzibatçılığının təhlil imkanları ilə tanış olublar. Nümayəndə heyətinə qanunauyğunluğun artırılması strategiyasının başlıca istiqamətləri, mövcud əsas risklərin təhlili, prioritetlərin müəyyən edilməsi, həmçinin  kameral qaydada vergilərin yoxlanmasına aid Gürcüstan təcrübəsi barədə məlumat verilib.

Səfərin yekununda DVX nümayəndələri Gürcüstan Vergi Xidmətinin Çağrı Mərkəzinin fəaliyyəti ilə tanış olublar.