Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin əməkdaşları peşəkar mühasib sertifikatı imtahanları üzrə panel müzakirələrdə iştirak ediblər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Dövlət İmtahan Mərkəzi və Gənc Mühasiblər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün peşəkar mühasib sertifikatı (PMS) ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində PMS imtahanları üzrə müzakirələr keçirilib. 

Tədbirdə Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak ediblər. DVX-nin Vergi siyasəti baş idarəsinin idarə rəisi Əhməd Əhmədov vergi uçotunun şəffaflaşmasının əhəmiyyəti, PMS-nin tətbiqi nəticəsində vergi uçotunun dürüstləşməsi və bunun büdcə daxilolmalarına müsbət təsiri barədə tədbir iştirakçılarına məlumat verib. DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov peşəkar mühasib sertifikatına marağın artdığını bildirib, bunun Dövlət İmtahan Mərkəzi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM) və “Peşəkar Mühasib Təşkilatları” ilə imzalanmış anlaşma memorandumu çərçivəsində görülməsi nəzərdə tutulan işlərdən olduğunu qeyd edib. 

Tədbir iştirakçıları tərəfindən PMS imtahanlarının təkmilləşdirilməsi üzrə maraqlı təkliflər səsləndirilib və müzakirələr aparılıb.