Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,1% təşkil edib

2022-ci il aprelin 1-nə respublika üzrə uçotda olan 1.360.747 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,7%, o cümlədən fiziki şəxslərin sayı 9,9%, hüquqi şəxslərin sayı 7,8% artıb. 

Yanvar-mart ayları ərzində 3.098 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1% çoxdur. Kommersiya qurumlarının 82,2%-i elektron qaydada, 17,8%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. 530 kommersiya qurumunun (ümumi qeydiyyatın 17,1%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,2%-i yerli investisiyalı, 12,8%-i xarici investisiyalı müəssisələrdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli dövlət qeydiyyatına alınmış investisiyalı kommersiya hüquqi şəxslərin sayı 8,3% artıb. Ümumiyyətlə, aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.

Hesabat dövründə kommersiya qurumlarının 82,2%-i elektron qaydada qeydiyyatdan keçib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1% təşkil edib. 2022-ci ilin birinci rübündə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 433 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,2% təşkil edib.

Birinci rüb ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,3%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,2% artıb. Aprelin 1-nə dövlət qeydiyyatında olan 148.788 kommersiya qurumundan 89.860-nın vəziyyəti aktiv olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,1% artıb, xüsusi çəkisi isə artaraq 60,4%-ə çatıb. Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 15% artaraq 27.570 vahid təşkil edib.

Aprel ayının 1-nə 322 publik hüquqi şəxs, 17.266 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,1% artıb.