Dövlət Vergi Xidməti ilə İsrail şirkəti arasında memorandum imzalanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Rayzone Group” şirkəti arasında memorandum imzalanıb. Sənədi Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və “Rayzone Group” şirkətinin rəhbəri Eran Reşeff imzalayıblar. Memorandum İsrailin qabaqcıl təcrübəsinin ölkəmizə transferi, DVX-da texnoloji imkanların genişləndirilməsi, innovativ alətlərin tətbiqi üzrə yeni əməkdaşlıq platforması yaradacaq və hər iki tərəf üçün faydalı olacaq.