Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Meyvə-tərəvəz istehsalçıları və ixracatçılarının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi ilə bağlı çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Vergi siyasəti Baş İdarəsinin təşkilatçılığı ilə növbəti belə görüş meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan assosiasiyaların üzvlərinin, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Görüşdə vergi qanunvericiliyinin tətbiqi, işçilərin mövsümi işlərin yerinə yetirilməsinə cəlb edilməsi zamanı əmək münasibətlərinin rəsmiləşdirilməsi, ixrac prosesi, yerli fermerlərdən alınan məhsullara görə sənədləşmənin aparılması və bir sıra digər məsələlərlə bağlı mövcud vəziyyət ətrafında müzakirələr aparılıb. Sahib

karların dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.